Bu, "Sabah"ın öz işidi? - FOTO

1 Oktyabr 2018 16:24 Azarkeş 559
Bu, "Sabah"ın öz işidi? - FOTO

Premyer Liqada 6-cı turunda qeydə alınan azarkeş sayı bəlli olub.

Sportinfo.az xəbər verir ki, 8-ci km stadionunda "Neftçi" ilə "Səbail" arasında baş tutan açılış oyununu (4:0) 1200 nəfər izləyib.

Turun ən yüksək nəticəsi isə "Əlincə Arena"da qeydə alınıb. Adıçəkilən stadionda keçirilən "Sabah" - "Qarabağ" (0:2) matçını 4500 azarkeş izləyib. Bu, mövsümün ən yaxşı nəticəsi kimi qeydə alınıb.

Qəbələdə reallaşan "Qəbələ" - "Keşlə" (1:1) qarşılaşmasını 500, "Bayıl Arena"da keçirilən "Sumqayıt" - "Zirə" qarşılaşmasını isə 700 azarkeş stadiondan izləyib.

Beləliklə, 6-cı turda 6900 azarkeş qeydə alınıb. Bu da hər oyuna 1725 fanat deməkdi. Bu nəticə mövsümün ən yaxşı göstəricisidi.

Image may contain: 2 people, crowd

undefinedImage may contain: 38 people, people standingImage may contain: one or more people, stadium and outdoor

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti