Almaniyanın 2-ci liqa təmsilçiləri “Sankt-Pauli” və “Hamburq” arasında keçiriləcək oyundan əvvəl maraqlı hadisə yaşanıb.
Sportinfo.az xəbər verir ki, “Sank-Pauli”nin azarkeşləri “Hamburq” klubunun rənglərinə boyanmış insan maketini şəhərin mərkəzində yerləşən körpüdən asıblar.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərdə 30 nəfər “Sankt-Pauli” azarkeşinin də “Hamburq”un tərəfdarlarına hücum etdiyi qeyd edilib.
Hamburq şəhərinin iki komandası olan “Sankt-Pauli” ilə “Hamburq” arasında oyun bu gün, saat 15:30-da keçiriləcək.


