Argentina millisinin oktyabrın 11-də İraq, oktyabrın 16-da isə Braziliya ilə keçirəcəyi yoxlama oyunları üçün iştirak ərizəsi məlum olub.
Sportinfo.az xəbər verir ki, yığmanın müvəqqəti baş məşqçisi Lionel Skaloni son dünya çempionatında az şans qazanan Paulo Dibala və mundiala aparılmayan Mauro İkardini milliyə dəvət edib.
Eyni zamanda, “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğlu Covanni Simeone da milliyə çağırılıb.
DÇ-2018-dən sonra milli karyerasına fasilə verdiyi deyilən Lionel Messi isə bu matçlar üçün milliyə çağırılmayıb. “Barselona”nın hücumçusu bir müddət əvvəl baş tutan yoxlama oyunlarına da dəvət almamışdı.

