Türkiyədə hakimi vuran azarkeş azadlığa buraxıldı

21 Sentyabr 2018 14:36 Azarkeş 423
Türkiyədə hakimi vuran azarkeş azadlığa buraxıldı

Türkiyə 1-ci liqasında keçirilən "Balikəsirspor" - "Ümraniyəspor" matçında bir nəfər azarkeşin meydana daxil olaraq, hakimi yumruqla vurduğunu xəbərini vermişdik.

Sportinfo.az xəbər verir ki, oyunun baş hakimi Atilla Karaoğlana zərbə endirən 38 yaşlı azarkeş Ümit Adıgözəl məhkəmədə hakim qarşısına çıxıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə Ümitin daha öncə adam yaralama, oğurluq və başqa səbəblərdən 18 il məhbus həyatı yaşadığı qeyd olunub.

2010-cu ildən psixoloji müalicə alan azarkeş məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb. "Balikəsirspor" - "Ümraniyəspor" matçı sözügedən hadisə səbəbindən təxirə salınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti