Azarkeş Fransa millisinin formasına görə stadiona buraxılmadı

9 Sentyabr 2018 00:00 Azarkeş 495
Azarkeş Fransa millisinin formasına görə stadiona buraxılmadı

Fransa Liqasının IV turunda keçirilən "Monako" - "Marsel" matçında xoşagəlməz hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, 70 yaşlı azarkeşin stadiona girişinə icazə verilməyib.

Buna səbəb onun stadiona Fransa millisinin forması ilə girməsi olub. Xəbərdə bildirilib ki, Monakoda Daxili İşlər Nazirliyinin qanununa əsasən, azarkeşlər belə formalarla stadiona girə bilməzlər.

Knyazlıq klubununun azarkeşi oyunun başlamasından 15 dəqiqə sonra stadiona girsə də, üzərinə başqa paltar geyinib. "Monako" - "Marsel" matçı qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti