"Dinamo" fanatları "Ayaks"ın azarkeşlərinə hücum etdi - VİDEO

29 Avqust 2018 11:24 Azarkeş 421
"Dinamo" fanatları "Ayaks"ın azarkeşlərinə hücum etdi - VİDEO

"Dinamo" (Kiyev) fanatları Hollandiya "Ayaks"ının azarkeşlərinə hücum ediblər.

Sportinfo.az xəbər verir ki, hadisə iki komanda arasındakı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl baş verib.

Kiyevdəki pablardan birində baş verən hadisə nəticəsində zərərçəkənlərin olub-olmaması barədə dəqiq məlumat yoxdur. Polis toqquşma iştirakçılarından 9-nu saxlayıb.

Hadisə yerində operativ təhqiqat qrupu işləyir. Onlar qarşıdurmanın səbəbi və başvermə şəraitini müəyyənləşdirirlər. Hazırda oyunda hesab açılmayıb. İlk matçda "Ayaks" qalib gəlib - 3:1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti