Azərbaycan derbisində mövsümün rekordu qeydə alındı

27 Avqust 2018 19:00 Azarkeş 469
Azərbaycan derbisində mövsümün rekordu qeydə alındı

Topaz Premyer Liqasında 2018/19 mövsümünün rekordu qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, 2-ci turun “Qarabağ” – “Neftçi” qarşılaşması (1:1) tamaşaçı sayında mövsümün arxada qalan hissəsi üçün ən yüksək göstərici ilə diqqət çəkib.

“Azərsun Arena”da keçirilən matçı 3000 tamaşaçı izləyib. İlk iki turda rekord “Səbail” – “Qarabağ” görüşünə (0:2) məxsus idi. “Bayıl Arena”dakı matç Azərbaycan derbisindən təxminən 3 dəfə az – 1050 tamaşaçı toplamışdı.

Arxada qalan 3 turun 11 oyununu ümumilikdə 8700 tamaşaçı izləyib. Bunun da yarıdan çoxu – 4450-si hesabat turunda qeydə alınıb.Topaz Premyer Liqasında 2018/19 mövsümünün rekordu qeydə alınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti