"Qarabağ" - "Neftçi" görüşünü 3 min azarkeş stadiondan izlədi.

27 Avqust 2018 12:12 Azarkeş 743
"Qarabağ" - "Neftçi" görüşünü 3 min azarkeş stadiondan izlədi.

Premyer Liqanın 3-cü turunda qeydə alınan azarkeş sayı məlum olub.

Sportinfo.az xəbər verir ki, turun Qəbələdə keçirilən ilk oyununu - "Qəbələ" - "Sumqayıt" matçını stadiondan 300 nəfər izləyib.

"Dalğa Arena"dakı "Zirə" - "Sabah" oyununda 150, "Keşlə" - "Səbail" qarşılaşmasında isə 1000 azarkeş qeydə alınıb.

Turun mərkəzi qarşılaşması olan "Qarabağ" - "Neftçi" görüşünü isə 3 min azarkeş stadiondan izləyib.

Ümumilikdə, 3-cü turda 4450 azarkeş qeydə alınıb. Bu isə hər oyuna 1112,5 azarkeş deməkdir. Bu nəticə hələ ki, mövsümün ən yaxşı göstəricisidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti