"Neftçi"ylə oyunda stadionda ol, "Şerif"lə matça bilet al!

26 Avqust 2018 13:59 Azarkeş 644
"Neftçi"ylə oyunda stadionda ol, "Şerif"lə matça bilet al!

"Qarabağ" Premyer Liqanın 3-cü turunda bu gün "Azərsun Arena"da "Neftçi"ni qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, oyuna gələcək azarkeşlər “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində "Şerif"lə qarşılaşmaya məhz "Azərsun Arena"da biletlərini ala biləcəklər.

"Azərsun Arena"nın kassasında bilet satışı saat 18:00-dan başlayacaq. “Qarabağ” - “Şerif” matçı avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

“Qarabağ” Moldovada keçirilmiş ilk oyunda 0:1 hesabıyla məğlub olub. "Qarabağ" - "Neftçi" görüşü saat 20:30-da start götürəcək

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti