Premyer Liqa klubunun azarkeşi Yunanıstanda bıçaqlandı

24 Avqust 2018 12:12 Azarkeş 430
Premyer Liqa klubunun azarkeşi Yunanıstanda bıçaqlandı

"Börnli" azarkeşləri "Olimpiakos"a qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyununu izləmək üçün getdikləri Yunanıstanda hücuma məruz qalıblar.

Sportinfo.az xəbər verir ki, fanatlardan biri bıçaq yarası alıb.

Daha dörd nəfərə isə bədən xəsarətləri yetirilib. Onlara oyundan əvvəl hücum edilib. Zərərçəkənlərə stadiondaca yardım göstərilib.

Qarşılaşmanı "Börnli"nin 900-dək azarkeşi izləyib. Hazırda İngiltərə klubu Yunanıstan polisi və "Olimpiakos"la birgə hadisənin araşdırıması ilə məşğul olur. Görüş "Olimpiakos"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti