Premyer Liqada ikinci turun azarkeş sayı məlum olub.
Sportinfo.az xəbər verir ki, turun ilk görüşünü - "Səbail" - "Qarabağ" qarşılaşmanı stadionda 1050 nəfər izləyib.
Şüvəlanda keçirilən "Zirə" - "Keşlə" oyununda 400, "Dalğa Arena"dakı "Neftçi" - "Qəbələ" matçında isə 600 azarkeş olub.
"Əlincə Arena"da baş tutan, turun son oyunu olan "Sabah" - "Sumqayıt" qarşılaşmasında 500 azarkeş qeydə alınıb.
Ümumilikdə, Premyer Liqanın 2-ci turunu 2550 azarkeş izləyib. Bu, hər oyuna orta hesabla 637,5 azarkeş edir.

