Gəncə "Kəpəz"ə görə Diniyev və Müşahidə Şurasını hədələdi

5 Fevral 2017 00:53 Azarkeş 709
Gəncə "Kəpəz"ə görə Diniyev və Müşahidə Şurasını hədələdi

“Kəpəz”in uğursuz çıxışı azarkeşlərinin də etirazına səbəb olub. Sportinfo.az-ın məlumatına görə, Şahin Diniyevin rəhbərliyi ilə son oyunlarda bərbad oynayan komanda “Xəmsə” fanklubunun qəzəbinə tuş gəlib.

Fanatların etirazı təkcə komandanın oyunu ilə əlaqəli deyil. Onlar həm də klub rəhbərliyinin apardığı idman siyasətini bəyənmirlər. Bu barədə fanklub öz feysbuk səhifəsindən bəyanatla çıxış edib.

“İllərdir ki, "Kəpəz"in hər addımında yanında olub onu dəstəksiz qoymayan "Xəmsə" müstəqil fanat klubu komandanın bərbad çıxışı, Gəncə şəhər stadionunun, idman bazasının yararsız vəziyyətinin aradan qaldırılması istiqamətində klub rəhbərliyi tərəfindən heç bir addımın atılmaması, "Kəpəz"i faktiki olaraq Bakı klubuna çevirməsinə etiraz olaraq komandanın oyunlarını qeyri-müəyyən müddətə boykot edir.

Növbəti mərhələlərdə etiraz olaraq başqa addımların da atılması nəzərdə tutulur. Boykotun müddəti, etirazların hansı istiqamətdə aparılması, və ya dayandırılmasına qərar Müşahidə Şurasının məsələ ilə bağlı rəsmi açıqlamasından sonra qərar veriləcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!