"İslamiada-2017"də könüllü olmaq istəyən 12 500 namizəd

1 Fevral 2017 20:48 Azarkeş 537
"İslamiada-2017"də könüllü olmaq istəyən 12 500 namizəd

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 100 gün qalır. Sportinfo.az xəbər verir ki, bununla əlaqədar Bakı Kristal Zalında 300 könüllü bir araya gəlib. Onlar "Oyunlara 100 gün qaldı" adlı fləşmob keçiriblər. "Bakı 2017"nin korporativ direktoru Elçin Səfərov Oyunlar zamanı 10 gün ərzində 20 növdən 24 sahə üzrə İƏT-ə üzv olan ölkələrin elit idmançılarının qatılacağını bildirib.

O, aparıcı universitet və təşkilatlardan 12 500 namizədin Oyunlara dəstək məqsədilə qeydiyyatdan keçdiyini deyib: "Qalan 100 gün ərzində nəqliyyat planı, idman qurğuları hazırlanmalıdır. 12 500 namizəddən 8 000-ni seçməliyik. Əvvəllər yarışların keçirilmədiyi idman qurğularında texniki quraşdırma işlərini bitirməliyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!