Almanları Bakıda görməyin haqqı - yaxından 50, uzaqdan 2 MANAT

1 Fevral 2017 12:12 Azarkeş 602
Almanları Bakıda görməyin haqqı - yaxından 50, uzaqdan 2 MANAT

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun (saat 20:00-da start götürəcək) biletləri bu gündən etibarən satışa çıxarılıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında və Park Bulvar ticarət mərkəzində əldə etmək mümkündü. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Biletlərin qiyməti:
VİP – 50 AZN
1-ci kateqoriya – 19 AZN
2-ci kateqoriya – 14 AZN
3-cü kateqoriya – 9 AZN
4-cü kateqoriya – 5 AZN
5-ci kateqoriya – 2 AZN

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?