Əsəblərini cilovlaya bilmədi, azarkeşləri “küçüklər” adlandırdı

31 Yanvar 2017 09:36 Azarkeş 523
Əsəblərini cilovlaya bilmədi, azarkeşləri “küçüklər” adlandırdı

“Real”ın futbolçusu Kriştianu Ronaldo komandasının azarkeşlərini təhqir edib. Sportinfo.az xəbər verir ki, bu, La Liqanın XX turu çərçivəsində “Real Sosyedad”la oyunun gedişində baş verib Belə ki, “Kral klubu”nun 3:0 hesabı ilə qalib gəldiyi matçda epizodların birində Ronaldo top itirib və bu zaman fanatlar onu fitə basıb.

Görüşdə “Real”ın qollarından birinə imza atmış Kriştianu onların bu hərəkətini cavabsız qoymayıb. Əsəblərini cilovlaya bilməyən 32 yaşlı futbolçu azarkeşləri “küçüklər” adlandırıb Portuqaliya yığmasının üzvü La Liqanın cari mövsümündə 13 qola imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!