Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin “Bursaspor”a keçidi məsələsi Türkiyədə geniş müzakirə mövzusuna çevrilib. Sportinfo.az-ın məlumatına görə, “ağ-yaşıllar”ın azarkeşləri də klub rəhbərliyinin bu istəyinə biganə qalmayıblar. Xorvatiyalı mütəxəssisin Bursa klubunun sükanı arxasına gedişi baş tutmasa da, azarkeşlər danışıqların aparıldığı müddətdə sosial şəbəkələrdə fikirlərini çatdırıblar.
Bursalıların çox az qismi Prosineçki ilə anlaşmağın tərəfdarı idi. Əksəriyyət onu “Bursaspor”un baş məşqçisi postunda görmək istəmir. “Bursaspor” azarkeşlərinin bir neçəsinin “twitter” səhifəsində Prosineçki ilə bağlı paylaşdığı fikirləri təqdim edirik...
- Koray Gök: “Bursaspor” Prosineçki ilə anlaşarsa, Superliqada “Qalatasaray”dan daha yaxşı məşqçiyə sahib olan komanda sayı 17-yə yüksələcək.
- Recep Şengezen: Prosineçki nə verər bilmirəm, amma ümid verdiyi dəqiqdi. Daha da önəmlisi, azarkeşləri ümumi mənada birləşdirdi.
- Nquemo: Karlo Vraqoviçin Prosineçkini razı salmaq ehtimalı Yüksəl Çolak və Ali Aydan daha çoxdu.
- Hasan: Biz Dəniz Yılmazı verdik, siz Prosineçkini vermirsiniz... Bir az ayıb olmur, qardaş?
- Frasineanu: Prosineçki Yüksəl Çolakla üz-üzə gələndə transferdən imtina edə bilər.
- Turqay Espit: Tək ümidimiz Prosineçkinin qarşısında “Bursaspor”un təmsilçisi kimi odunu gördükdə “bu iş olmaz” hissi keçirməsidi.
- Melihcan Uslu: İnşallah, Prosineçki Azərbaycan millisini atıb gəlməz. Özünüzə gəlin, bura başqa komandalarda uğursuz olanların yeridimi?

