Bakı stadionunda sevgililərin VİP otağı - FOTOLAR

28 Yanvar 2017 01:00 Azarkeş 1 250
Bakı stadionunda sevgililərin VİP otağı - FOTOLAR

Bakıda sevgililərə romantik görüşlət təşkil edən yeni xidmət növü yaradılıb. Sportinfo.az xəbər verir ki, yeni xidmət haqqında sosial şəbəkələrdə xüsusi elan paylaşılıb. Maraqlı məqam ondan ibarətdi ki, cütlüklərin romatik dəqiqələr keçirməsi üçün hətta ölkənin ən böyük stadionu olan Bakı Olimpiya Stadionunda da imkan yaradılır.

Elana görə, istənilən şəxs sevdiyi xanıma, yaxud da bəyə stadionda ən unudulmaz sürprizi edə bilər. Belə ki, burada stadiona birbaşa çıxışı olan VİP otaqlar var ki, onlar sevgililərin zövqünə uyğun olaraq bəzədilir.

Romantik sürpriz paketinə həm də iki nəfərlik şam yeməyi menyusu, peşəkar fotoçəkiliş, özəl olaraq təbrikin böyük monitorlara yazılması, xüsusi ssenari ilə hazırlanmış sürprizli gün, üstəlik açıq havada gəzinti və sevgi dolu romantik söhbət də daxildir. Artıq bu təklifi dəyərləndirmək istəyən çoxlu sayda müştərilər də var.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?