Braziliya A Seriyasında çıxış edən "Korintians"ın 4 azarkeş qrupu cəzalandırılıb. Sportinfo.az xəbər verir ki, "Gavioes de Fiel", "Coringao Chopp", "Camisa 12" və "Pavilhao Nove" azarkeş qruplarının üzvlərinin idman fəaliyyəti ilə məşğul olan obyektlərə girişi qadağan olunub.
Qərar "Korintians" azarkeşlərinin iştirak etdiyi dava ilə bağlı məhkəmədə açıqlanıb. Bununla yanaşı, həmin qərara əməl etməyəcək hər bir azarkeş təxminən 6 min avro cərimələnəcək.
Azarkeşlərin cəzalanması ilə bağlı qərar qəbul edən məhkəmənin hakimi Marselo Rubioli 10 gün əvvəl Rio-de-Janeyrodakı həbsxanaların birində saxlanılan 27 "Korintians" azarkeşinin sərbəst buraxılmasına qərar verib.

