Balotelliyə görə cəzalandırdılar

26 Yanvar 2017 17:48 Azarkeş 407
Balotelliyə görə cəzalandırdılar

“Bastiya” azarkeşlərindən birinə cəza tətbiq edib. Sportinfo.az xəbər verir ki, adı açıqlanmayan 40 yaşlı azarkeşə stadiona giriş qadağan edilib. O, “Nitsa”nın futbolçusu Mario Balotelliyə qarşı irqçi hərəkətə yol verdiyinə görə cəzalanıb.

Balotelli Fransa çempionatının 21-ci turunda “Bastiya” ilə oyunda irqçi təhqirə məruz qalmışdı. Qarşılaşmadan sonra Mario sosial şəbəkədə “Fransada irqçiliyə icazə verilib?” yazmışdı. Klub rəhbərliyi oyunun videosunu izlədikdən sonra günahkarı müəyyənləşdirə bilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!