"Neftçi"ni yeni ünvanda böyük izdiham gözləyir

1 Fevral 21:00 Azarkeş 648
"Neftçi"ni yeni ünvanda böyük izdiham gözləyir

"Sumqayıt" uzun aradan sonra ona doğma olan əsas arenasına qayıdır.

Yenidənqurmadan sonra Mehdi Hüseynzadə adın Sumqayıt şəhər stadionunda ilk matç Premyer Liqanın 21-ci turu çərçivəsində keçiriləcək "Sumqayıt" - "Neftçi" matçı olacaq.

Artıq 3-cü gündü qarşılaşma üçün bilet satışı başlanıb.

4 yanvar tarixində keçiriləcək görüşə maraq böyükdür.

Oyuna 3 gün qalmasına baxmayaraq artıq 3000-dən artıq bilet öz sahibinə qovuşub.

Daha çox satışın oyun günü olacağı nəzərə alsaq, qarşılaşma saatında arenanın tam dolacağı ehtimal olunur.

Futbol meydançası təxminən 9500 nəfər azarkeş tutumuna sahibdir.

500 bilet qonaqlar, fanklublar üçün nəzərdə tutulub.

Yerdə qalan sayda bilet isə satışa çıxarılıb.

Biletləri iTicket.az saytından və 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən əldə edə bilərsiniz.

Sabahdan isə arenanın kassalarından satış olacağı gözlənilir.

Qeyd edək ki, biletlərin qiyməti 2-5-10 manat aralığındadır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti