"Dirəkləri sökə-sökə bir gün tavanın başınıza uçacağını bilmirsiz?

23 Dekabr 2023 23:00 Azarkeş 1 260
"Dirəkləri sökə-sökə bir gün tavanın başınıza uçacağını bilmirsiz?

Xəbər verdiyimiz kimi, “Neftçi”də gözlənilməz ayrılıq reallaşıb.

Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev vəzifəsindən gedib.

Daha əvvəl uzun müddət klubun mətbuat və Marketinq departamentinin rəhbəri kimi çalışmış təcrübəli funksionerin gedişi "Neftçi" azarkeşlərini əməlli-başlı qəzəbləndirib.

Hər halda, Rüstəm bəyin ayrılıq xəbərinə izləyicilərin yazdığı çox sayda narazılıq dolu şərhlər belə düşünməyə əsas verir.

Bəzilərini sizə təqdim edirik:

"Neftçi" itirə-itirə gedir".

"Rüstəm bəy bu kluba çox xeyir verib. Öz işini məsuliyyətlə görüb. İşdən ayrılmağının səbəbi məlum olmasa da bu gediş həm yersiz, həm də gözlənilməz oldu".

"Öz işinin peşəkarı idi. Dirəkləri sökə-sökə bir gün tavanın başınıza uçacağını bilmirsiz? Rüstəm özünə iş tapacaq. Peşəkar və məsuliyyətli insanlara hər zaman iş var. İtirən siz oldunuz. Uğurlar, Rüstəm".

"Rüstəm klubdan gedəsi sonuncu adam idi. Uğurlar".

"İsmayılı o cür məcbur etdilər getməyə, bunu da belə".

"Klub üçün böyük itkidir. Rəhbərlik nə etmək istəyir baş açmaq olmur".

"Çox təəssüflər ki, səriştəsizlər qalır, işini bilənlər gedir".

"Klubda güvəniləcək insan qalmadı".

"Getməli olan insanlar qıraqda qalıb, yaxşılar isə gedir".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti