
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirdi.
Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya millisini qonaq edən yığmamız 90 dəqiqənin sonunda 0:1 hesablı məğlubiyyətə üzüldü.
Halbuki əsas milli 6 ildən sonra ona doğma olan arenaya qələbə ilə qayıtmışdı.
Söhbət cəmi üç gün əvvəl Tallində Estoniya üzərində əldə olunan 3 xaldan gedir.
Gözləmək olardı ki, bəlkə, bundan sonra azarkeşlər millisi üçün stadionun yolunu tutacaq.
Amma bu da azarkeşləri tribunlara qaytarmamışdı.
31 000 tamaşaçı tutumu olan futbol məbədinə maksimum 3000 tərəfdar cəm olmuşdu.
Bunun nəticəsiydi ki, oyunun gedişində bəzən arenaya elə sakitlik çökürdü ki, sanki millimiz səfərdə oynayırdı.
Bura qonaq fanatların açıq-aydın eşidilən bəstələrin eşidincə səfər bənzətməsi tam yerinə otururdu.
XANOĞLAN / SPORTİNFO.AZ
Qeyd etdiklərimizi əyani görmək üçün aşakıdakı linkə daxil ola bilərsiniz: