Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin Bakıda baş tutacaq "Neftçi" "Beşiktaş" matçına maraq böyükdür.
Qarşılaşmanın biletlərinin satışa çıxandan 7-8 dəqiqə sonda bitməsi də buna əyani sübutdur.
"Neftçi" rəhbərliyi də matça çox ciddi yanaşır.
Klub yaydığı son məlumatda qonaq fanatlar üçün bir sektor ayrılacağını və digər tribunalarda isə "Neftçi" fanatlarının yer alacağını açıqladı.
Həmçinin "Beşiktaş" tərəfdarları üçün ayrılan sektordan başqa digər yerlərə gələcək azarkeşlərin "Beşiktaş" atributları ilə evdən çıxmaması tövsiyə olunub.
Ki, həmin şəxslər arenaya buraxılmayacaq.
Klub bunu təhlükəsizlik baxımından atılan addım kimi qiymətləndirib. Lakin hamıya aydındır ki, bunun digər səbəblərindən biri də "Neftçi"nin öz evində oynamasını hiss etməsini təmin etməkdir. Axı ölkəmizdə çox sayda "qara qartal" fanatı var.
Bilirik ki, qadağa olmasa, tribunaların böyük hissəsi "Beşiktaş" atributları ilə bəzəncək.
Məsələn, bir müddət əvvəl "Qarabağ" "Qalatasaray" oyununda olduğu kimi.
Digər tərəfdən çıxarılan qərardan sonra oyunu boykot edəcək "Beşiktaş"lılar da yəqin ki, az olmayacaq.
Bütün bunlar isə "Neftçi"nin dəstək baxımından xeyrinə işləyən amildir.
Əbəs deyil ki, rəsmi xəbər "ağ qaralar"ın fanatlarını da tam razı salıb.
Onlar klubun rəsmi hesablarından rəhbərliyin ünvanına çox sayda təşəkkür rəyləri yazıblar:
"Əla".
"Bravo".
"Əhsən".
"Çox düzgün qərardı".
"Əla qərardır".
"Super "Neftçi".
"Düzgün qərar".
"Bəyənildi".
"Halal olsun, düzgün qərardı".
"Rəhbərlik öz işini mükəmməl görür".
"Mükəmməl".
"Möhtəşəm qərar".
"Möhtəşəmsiniz".
"Yerində verilmiş qərardı".
"Təqdirəlayiq addımdır".
XANOĞLAN / SPORTİNFO.AZ