"Qalatasaray"dan isti REAKSİYA: "Öz vətənimizdə, torpağımızda, doğma Azərbaycandayıq" - FOTOLAR

26 Mart 2023 14:00 Azarkeş 498
"Qalatasaray"dan isti REAKSİYA: "Öz vətənimizdə, torpağımızda, doğma Azərbaycandayıq" - FOTOLAR

Bu gün "Qarabağ"ın "Qalatasaray"la yoxlama matçı var.

Saat 20:00 Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma üçün İstanbul nəhəngi dünən axşam saatlarında paytaxtımıza ayaq basdı.

Qardaş ölkə təmsilçisinin gəlişi Heydər Əliyev adına Hava Limanında böyük çoşğu ilə qarşılanıb.

Çox sayda "sarı-qırmızılı" tərəfdar sevimli komandasının futbolçularını dövrəyə alıb, şuarlar səsləndirib, fakellər yandırıblar.

Möhtəşəm görüntülərə səhnə olan həmin anlar "Qalatasaray"ın rəsmi feysbuk hesabında da paylaşılıb.

Bakıdakı qarşılanma mərasimindən çəkilmiş fotolara "Aslanlarımız Bakıda isti bir münasibətlə qarşılandı" sözləri başlıq seçilib.

Yüzlərlə şərh yazan türkiyəli fanatlar öz məmunluqların ifadə ediblər.

Həmin rəylərdən bəzilərin sizə təqdim edirik:

"Halal olsun, qardaşlar. Çox gözəl bir qarşılanma olub".

"Var olsun Azərbaycan".

"Bu ortalığı düzəldənlərə halal olsun. Hər kəsin əməyinə sağlıq. Azərbaycan yaxşı ki, var. İki dövlət, tək millət!".

"Bu matç gözəl düşündülər. Əməyi keçənləri təbrik edirəm. Dünyaya örnək olacaq 2 qardaş ölkə milliləri".

"Orası candır, qandır, eynən vətəndir".

"Bir "Qalatasaray"lı olaraq hər iki komandaya uğurlar arzulayıram".

"Kənar ölkə deyil, öz vətənimizdə, torpağımızda, doğma Azərbaycandayıq".

"Ermənistan üzərində qələbədən sonra bir türk klubunun Azərbaycanda böyük coşqu ilə qarşılanması başqa duyğudur".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!