Atası və anası tərəfindən atılmış Elmar adlı azyaşlı ATV-də yayımlanan "Bizimləsən" verilişində millimizin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun fanatı olduğunu, onunla görüşmək istədiyini bildirib. Sportinfo.az xəbər verir ki, təcrübəli futbolçu balacanın arzusunu reallaşdıracaq.
Böyrək xəstəsi olan azyaşlı gələn həftə əməliyyat olunmalıdır. "14" nömrə Antalyada komandası ilə birgə təlim-məşq toplanışında olsa da, "Bizimləsən" verilişi ilə əlaqə saxlayıb. Elmara söz verib ki, yanvarın 23-ü Bakıya qayıdır və 24-ü ATV-yə gələrək balaca qəhrəmanla canlı görüşəcək.
Məsələ ilə bağlı xəbəri ilk olaraq Sportinfo.az işıqlandırıb: http://sportinfo.az/news/1459

