"Əlincə"də oynamaq istəyirsən? - Seçimlər başlayır

16 Yanvar 2017 19:00 Azarkeş 618
"Əlincə"də oynamaq istəyirsən? - Seçimlər başlayır

"Əlincə" Futbol Klubunun akademiyası U-12 komandası üçün seçimlər elan edir. Sportinfo.az xəbər verir ki, seçimlər "Əlincə" Futbol Klubunun təlim-məşq bazasında 28-29 yanvar tarixlərində 2005-2006-ci il təvəllüdlü uşaqlar arasında keçiriləcək.

İştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.

Əlaqə telefonları: (055) 766 63 53, (055) 511 25 23.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!