"İmarət" "AFFA istefa" şuarına aydınlıq gətirdi

20 Noyabr 2021 16:40 Azarkeş 1 170
"İmarət" "AFFA istefa" şuarına aydınlıq gətirdi

“Qarabağ”ın azarkeş qrupu “İmarət” Azərbaycan Premyer Liqasının 11-ci turunda “Keşlə” ilə matçda (1:0) səsləndirdiyi şüarlarla bağlı bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, azakeş qrupu öz Feysbuk səhifəsində yaydığı bəyanatda bildirib:

“İmarət Tayfa”nın dünən keçirilən "Qarabağ" - "Keşlə" matçında “AFFA istefa” şüarları səsləndirməsi Azarkeş qrupumuzun mövqeyidir.

Millimiz uğursuz çıxışı azarkeş qrupu kimi bizim də üzərimizə vəzifələr qoyur.Tənqidi yanaşma vətəndaşlıq borcumuz olduğu kimi, tələb etmə də inikişafımızın tək yoludur.

Əlavə olaraq bir daha xatırladırıq ki, Azarkeş qrupumuz heç bir mənbədən, o cümlədən "Qarabağ" FK-dan maliyyələşmir.Bizim səsləndirdiyimiz şüar və bəstələr yalnız və yalnız tribuna liderlərimizin öz məfkurəmizə sadiq qalaraq səsləndirdiyi fikirlərin təcəssümüdür.

Elxan Məmmədov başda olmaqla hazırkı AFFA rəhbərliyinə etirazımızda başqa maraqlar axtarmaq əbəsdir. İmarət Azarkeş qrupu bayrağımıza, dövlətimizə dəstək olmaqla, ən doğrusunu etməyə davam edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"