Azərbaycan Premyer Liqasını kölgədə qoyan "Xan Lənkəran"...

27 Sentyabr 2021 22:20 Azarkeş 2 296
Azərbaycan Premyer Liqasını kölgədə qoyan "Xan Lənkəran"...

Dünən Azərbaycan Premyer Liqasında 2 görüş vardı.

"Sabah" son çempion "Neftçi"ni, "Sumqayıt" isə "Qəbələ"ni qəbul edirdi.

Amma sosial şəbəklərdə gündəm olan Lənkəranda baş tutan yoxlama oyun idi. Bəli, Premyer Liqa oyunu yox, yoxlama oyunu...

Belə ki, yeni yaradılan "Xan Lənkəran" Region Liqasına hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxırdı.

Oyunu izləməyə təxminən 5000-nə yaxın azarkeş gəlmişdi. Say bəlkə də daha çox olardı.

Əsas müzakirə olunan, rezonans doğuran da məhz elə 5000 rəqəmidir. Niyə də olmasın...

Azərbaycan Premyer Liqası sonuncu dəfə belə sayda azarkeşi bəlkə də elə "Xəzər Lənkəran"ın vaxtında görüb. İndi heç turun bütün görüşlərinə gələn azarkeş sayı 5000 deyil.

Məsələn, son turdakı 4 görüşü cəmi 2800 azarkeş tribunalardan izləyib! Belə yerdə necə Premyer Liqanı qoyub, yoldaşlıq görüşünə qibtə eləməyəsən?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?