İngilislər Bakıda indi nə axtarır? - FOTOLAR

14 Fevral 2020 00:52 AÇ-2020 1 237
İngilislər Bakıda indi nə axtarır? - FOTOLAR

Fevralın 12-də və bu gün İngiltərə milli komandasının nümayəndələri Bakıda səfərdə olub.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, komandanın meneceri Stuart Brown, səyahət meneceri Kelly Brown, mühafizə xidmətinin rəhbəri Toni Conniford və mühafizə xidmətinin əməkdaşı Steve Lewisdən ibarət olan nümayəndə heyətinin səfəri otel və stadionlara baxış məqsədi daşıyıb.

İngiltərə millisinin təmsilçiləri Hilton otelinə, Bakı Olimpiya Stadionuna, Bakcell Arenaya və Tofiq Bəhramov adına Respublika stadionuna baxıblar.

Avro-2020-nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakıda keçiriləcək. İngiltərənin Bakıda yalnız 1/4 final mərhələsində oynamaq ehtimalı var. Ötən həftə Niderland komandasının da nümayəndələri eyni məqsədlə Bakıya səfər etmişdilər.







Digər Xəbərlər
Xəbər Lenti