Bakı ən populyar şəhərlərin "Top-5"də - AVRO-2020

13 Fevral 2020 18:20 AÇ-2020 910
Bakı ən populyar şəhərlərin "Top-5"də - AVRO-2020

Dünyanın ən böyük otel rezervasiya sistemlərindən "Booking.com" istifadəçilərinin axtarış sorğularına əsasən, "AVRO-2020"nin oyunlarını qəbul edəcək ən populyar şəhərlərin sıralamasını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, "Top-5"də qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyununu qəbul edəcək Bakı şəhərinin də adı var.

Azərbaycan paytaxtı Sankt-Peterburq, Roma və Kopenhagendən sonra 4-cü sırada qərarlaşıb. "Beşliy"i Dublin şəhəri tamamlayır.

Bakı siyahıda Avropa çempionatının final mərhələsinin oyunlarını qəbul edəcək London, Amsterdam, Berlin və Bilbao kimi şəhərləri geridə qoyub.

Bundan başqa, "AVRO-2020"nin qrup mərhələsində azarkeşlərin ən çox maraq göstərdiyi oyunların siyahısı da açıqlanıb. İyunun 13-də Bakı Olimpiya Stadionunda oynanılacaq Uels - İsveçrə qarşılaşması reytinqdə 2-ci sıradadır. İlk pillədə isə eyni gündə Kopenhagendə keçiriləcək Danimarka - Finlandiya görüşü yer alıb.

Uels - İsveçrə oyunundan başqa, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları və 1/4 final mərhələsinin bir qarşılaşması da Azərbaycan paytaxtında təşkil olunacaq.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?