Türkiyə millisini Bakıda nə gözlədiyi bilindi - ŞIDIRIĞI SATIŞ

10 Fevral 2020 19:12 AÇ-2020 921
Türkiyə millisini Bakıda nə gözlədiyi bilindi - ŞIDIRIĞI SATIŞ

Bu gün AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar Şamaxıda təqdimat mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, əvvəlcə çempionata ev sahibliyi edəcək 12 şəhərlə bağlı video nümayiş etdirilib.

Daha sonra təbliğat tədbirlərindən bəhs edilib. Bildirilib ki, hazırda Şamaxıda təşkil olunan Media Kamp da bu təbliğatın tərkib hissəsidir. Martda maskot və kubok turu, eləcə də gerisayım qurğusunun açılışı olacaq. Apreldə isə Ulduzlar Finalı nəzərdə tutulub.

AVRO-2020-yə bilet satışından danışılarkən 125, 75 və 30 avro olmaqla, 3 kateqoriyalı biletləri internet vasitəsilə əldə etməyin mümkünlüyü vurğulanıb. Martdan isə fiziki olaraq da satış təşkil ediləcək.

İndiyədək Bakıdakı qarşılaşmalata 118 840 biletin satıldığı da açıqlanıb. Onlardan 19059-u Uels - İsveçrə, 32000-i Türkiyə - Uels, 30147-si İsveçrə - Türkiyə, 37634-ü isə 1/4 final oyununadır. Biletlərdən hərəyə 8 000-i iştirakçı komandalar, qalanları isə ictimaiyyət üçün nəzərdə tutulur.

Fan-zonalar isə 12 şəhərdən 11-də yerləşəcək. Bakıda belə zona Ağşəhər Bulvarında yerləşəcək. Tədbir zamanı AVRO-2020 üçün 3000 media nümayəndəsinin iştirakının gözlənildiyi də açıqlanıb. Akkreditasiya prosesinə apreldə start veriləcək.

AVRO-2020-də Bakı Olimpiya Stadionunda 4 oyun olacaq. İyunun 13-də A qrupunun Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də İsveçrə - Türkiyə matçları, eyni zamanda 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti