"Bakı-Roma yolunu heç kim istəmirdi"

2 Yanvar 2020 18:03 AÇ-2020 966
"Bakı-Roma yolunu heç kim istəmirdi"

"Açılış matçında bütün dünyanın gözü olacaq. Yeni futbol mədəniyyəti formalaşdırırıq. İtaliyanı məğlub edə bilərik".

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib.

Təcrübəli mütəxəssis yerli mətbuata müsahibəsində komandasının Avropa çempionatındakı çıxışına münasibət bildirib. O, xüsusən də, Azərbaycanda oynamağın üstünlüyünü növbəti dəfə qabardıb:

"Azərbaycanda oynayacağımız üçün xoşbəxtik. Yeganə mənfi cəhət yolçuluqla bağlıdı. Bakı-Roma yolunu heç kim istəmirdi. Səyahət uzun olsa da, bizim üçün problem deyil. Çünki biz Bakıda ev sahibi olacağıq".

Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə ilə qarşılaşacaq. "Ay-ulduzlular" "Skuadra Adzurra" ilə Romada, digərləri ilə Bakıda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!