Bakıya tez gəlmək üçün UEFA-dan icazə aldı

10 Dekabr 2019 13:04 AÇ-2020 934
Bakıya tez gəlmək üçün UEFA-dan icazə aldı

AÇ-2020-də qrup mərhələsinin 2 oyununu Bakıda keçirəcək İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç komandanı Azərbaycana bir neçə gün tez gətirmək üçün UEFA-ya müraciət edib.

Sportinfo.az xəbər verir ki, bunu İsveçrə mətbuatına açıqlamasında 56 yaşlı mütəxəssis deyib.

Petkoviç Bakıya tez gəlməyin onlara qarşıdakı görüşlərə hazırlıq baxımından daha əhəmiyyətli ola biləcəyini deyib: “Mənim burada qalıb-qalmamağımla bağlı qərar bu yaxınlarda veriləcək. İstənilən halda əldə etdiyim nəticələrdən razıyam. Millinin heyətini gənclərdən qrumuşam, hiss edirəm ki, daha yaxşı nəticələr qazana bilərik. Bakıya orada keçirəcəyimiz oyunlara hazırlıq baxımından 5-6 gün tez yollanmaq üçün UEFA-dan icazə almışıq. Bu, mühitə uyğunlaşmağımıza kömək olacaq. Amma turnir zamanı Romada məskunlaşacağıq".

A qrupunda mübarizə aparacaq Bakı Olimpiya Stadionunda iyunun 13-də Uels, 21-də isə Türkiyə ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti