"2 oyunu Bakıda keçirmək böyük şansdır" - Türkiyə mətbuatı

7 Dekabr 2019 12:30 AÇ-2020 895
"2 oyunu Bakıda keçirmək böyük şansdır" - Türkiyə mətbuatı

Türkiyə mətbuatı milli komandanın AÇ-2020-nin final mərhələsindəki şanslarını dəyərləndirib. Sportinfo.az xəbər verir ki, yerli KİV yığmanın finala qədərə irəliləməsinin mümkün olduğunu yazıb. Bundan başqa, "ay-ulduzlular"ın qrup mərhələsindəki iki oyununu Bakıda keçirməsinin onlar üçün əlavə üstünlük olduğu vurğulanıb:

"Açılış matçını İtaliyay qarşı oynamaq yaxşı fürsətdir. Adətən böyük turnirlərdə meydan sahiblərinə qarşı keçirilən açılış oyunlarında sürprizlər olur. Türkiyə millisində İtaliyada oynayan futbolçular var. Bu mənada, komandamızın şansının xeyli yüksək olduğuna inanırıq.

Qrupun digər iki oyununu Bakıda keçirmək bizim üçün böyük şansdır. Şenol Günəş son mətbuat konfransında komandanın kamp proqramını kollektivi çox yormayacaq şəkildə hazırlayacaqlarını bildirdi. Qrup matçaları zamanı ümumilikdə 3 min kilometr məsafə qət edəcəyik. Bu isə 7 saat 15 dəqiqəlik uçuş deməkdir. İsveçrə isə Bakı-Roma-Bakı olmaqla, 14 saat 30 dəqiqə yol qət edəcək. Son oyun Türkiyəyə qarşı olacaq. Bu üstünlükdən yararlanmaq vacibdir.

Uels isə ən yaxşı çıxışını AÇ-2016-da sərgiləyib. Həmin turnirdə Co Allen, Qaret Beyl, Eşli Uilyams, Sem Vouks və Robson Kanu özlərini ən yaxşı tərəfdən göstərə bilmişdi. Onlar artıq komandanın veteranları statusunu alsalar da, heyətdə Ethan Ampadu kimi gənc və istedadlı oyunçuları da var. Çalışdırıcı kimi karyerasının ilk böyük turnirində Türkiyəyə qarşı imtahan verəcək Rayan Giqqz məşqçilik təhsilini də 2013-cü ildə ölkəmizdə alıb. Bu isə sadəcə, bir təsadüfdür.

Qrupdan 2-ci yerlə çıxmaq iyunun 27-də Amsterdamda B qrupunun ikincisiylə oynamaq deməkdir. Burada potensial rəqiblər Rusiya və ya Danimarka ola bilər. Mərhələni adlasaq, 1/4 finalda yenidə Bakıda olacağıq. Bu isə bizim üçün növbəti üstünlük olacaq. Bu mərhələdə Hollandiya ilə düşə biləcəyimiz istisna olunmur. Həmin rəqiblə Azərbaycanda oynamaq işimizi asanlaşdıra bilər. Yarımfinal və final oyunları isə Londonda keçiriləcək. Niyə də olmasın?!".

Digər Xəbərlər
Xəbər Lenti