"Ömrünüzdə bir dəfə Fransanı udmusuz" - Türklərə sataşdı

6 Dekabr 2019 13:27 AÇ-2020 1 224
"Ömrünüzdə bir dəfə Fransanı udmusuz" - Türklərə sataşdı

"Vest Bromviç Albion"u çalışdıran Xorvatiya yığması və "Beşiktaş"ın sabiq baş məşqçisi Slaven Biliç AÇ-2020-nin Bakıda keçiriləcək A qrupunu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, "Fanatik" qəzetinə müsahibə verən 51 yaşlı mütəxəssis Türkiyə millisinin "göylə getməməli" olduğunu deyib, maraqlı fikirlər səsləndirib.

"Türkiyə yığmasında təcrübəli futbolçularla birlikdə yaxşı heyət formalaşdırılıb. Ancaq təvazökar olmaq və sadəcə futbola köklənmək lazımdır. Çox işləmək və nizam-intizam ən vacib şərtlərdən biridir. Türkiyə AÇ-2016-dakı uğursuzluqdan dərs çıxarmalıdır. Ömrünüzdə bir dəfə Fransa millisinə qalib gələ bilərsiz. Ancaq bu, İtaliyadan güclü ola biləcəyiniz anlamına gəlməməlidir. Çox böyük səhv etmiş olarsız. Əlbəttə, türklərin italyanlara qarşı oyunda əzmkarlıq göstərəcəklərini hamımız bilirik. Türklər adətən çox tez göylə getməklə səhvə yol verirlər. Arxayın olmaq, göylərdə dolaşmaq lazım deyil. Bu qrup hər bir sürprizə açıqdır. İsveçrə və Uels kimi sağlam, güclü və yaxşı futbolçuları olan rəqibləri də yaddan çıxarmaq yanlışdır".

Digər Xəbərlər
Xəbər Lenti