"Neftçi"nin adını çəkdi: "Bizdə pul onlardan daha çoxdur"

17 Aprel 2020 16:45 Avropa Liqası 1 236
"Neftçi"nin adını çəkdi: "Bizdə pul onlardan daha çoxdur"

“Matc TV”-nin şərhçisi Artyom Terentyev ölkə çempionatının çox şişirildiyini bildirib.

Matc.az xəbər verir ki, o, Rusiya Premyer Liqası ilə Belarus çempionatı arasında çox fərq olmadığını açıqlayıb.

Terentyev RPL-nin səviyyəsinin çox da güclü olmadığını və bunu Avroliqada Tula “Arsenal”ının “Nefçti”yə məğlub olması ilə sübüt edib: “Rusiya çempionatı ilə Belarus liqası arasında uçurum yoxdur.

Sadəcə, bizdə pul onlardan daha çoxdur. Ancaq nəticədə çox da fərqlənmirik. Avroliqann təsnifat mərhələsində Tula “Arsenal”ı “Neftçi”yə uduzdu. Bununla da bizim real səviyyəmiz ortaya çıxdı.

Halbuki həmin “Arsenal” daha sonra “Spartak”ı, “Lokomotiv”i məğlub etdi. Görürsünüz? Sizə deyim ki, Azərbaycan liqası Belarus çempionatından da zəifdir.

Ancaq biz yenə də onlarla bacarmadıq. Unutmayaq ki, pulun çox olması problemləri gizlədir, onu həll etmir”.

“Neftçi” “Arsenal”ı Avroliqanın II təsnifat mərhələsində səfərdə 1:0, evdə isə 3:0 hesabı ilə məğlub etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti