“Qarabağ”ı udmağımızı çılğınlıqla qeyd etməyimizdə qeyri-adi heç nə yoxdur"

8 Noyabr 2019 10:10 Avropa Liqası 665
“Qarabağ”ı udmağımızı çılğınlıqla qeyd etməyimizdə qeyri-adi heç nə yoxdur"

“Qarabağ” üzərində qələbəni belə çılğınlıqla qeyd etməyimizdə qeyri-adi heç nə yoxdur. Söhbət qalib gəlməkdən gedəndə, belə də olmalıdır”.

Sportinfo.az xəbər verir ki, bunu APOEL-in yarımmüdafiəçisi Praksitelis Vouros deyib. Yunanıstanlı futbolçu Avropa Liqasının IV turunun “Qarabağ”la ev oyunundakı 2:1 hesablı qələbə haqda fikirlərini açıqlayıb:

"Bu həftə başlayandan “Qarabağ”la oyunda qələbə qazanmaq barədə düşünürdük. Matçın ikinci hissəsində qalib gəlmək üçün bütün bacarığımızı və oyun ehtirasımızı ortaya qoyduq. Qarşılaşmanın ilk 45 dəqiqəsində lazım olduğu kimi çıxış etmədik.

Amma sonradan bütün futbolçular düzgün düşünərək, zəruri olan hər şeyi ortaya qoydular. Son matçlarda eyni sistemlə oynayırıq. Bunun həm müsbət, həm mənfi tərəfləri var. Oyun quruculuğunda hələ bacarığımızı tam göstərə bilmirik”.

Vouros matçın ilk yarısındakı zəif oyuna da izah tapıb: “İlk yarıda sanki hərə özü üçün oynayırdı. Bir az da əsəbilik var idi. Futbolçularda da, tribunalarda da narazılıq yaranmışdı. Standart vəziyyətdən erkən qol buraxmağımızdan sonra bu duruma düşmüşdük. Amma ikinci yarıda dönüş edərək, əla qələbə qazandıq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"