Qurban Qurbanov: "Hələ heç nə bitməyib, sona qədər vuruşacağıq”.

8 Noyabr 2019 00:48 Avropa Liqası 1 368
Qurban Qurbanov: "Hələ heç nə bitməyib, sona qədər vuruşacağıq”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Kiprdə APOEL-ə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:2 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib: “Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda məğlub olduq.

Futbol belə bir fərqli oyundur. Həm Bakıdakı oyunda, həm də bu gün rəqibdən daha çox qol epizodu yaratsaq da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"