“Qarabağ”ın Pireydə yaşadığı qara gecədən VİDEOREPORTAJ

31 Yanvar 04:00 Avropa Liqası 1 160
“Qarabağ”ın Pireydə yaşadığı qara gecədən VİDEOREPORTAJ

"Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanda “Olimpiakos”a məğlub olub.

Sportinfo.az xəbər verir ki, Georgios Karaiskakis stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.

Pireylilərin heyətində 56 və 60-cı dəqiqələrdə fərqlənən El Kaabi dubl müəllifi olub. Qarşılaşmada yekun hesabı müəyyənləşdirən qola isə 89-cu dəqiqədə Julian Byankon imza atıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv keçirdiyi 8 görüşün 7-də uduzub, 1-də qələbə qazanıb.

Bununla da "köhlən atlar" Liqa mərhələsini 3 xalla sonuncu sırada başa vurub. Azərbaycan çempionu üçün cari mövsüm avrokubok oyunları başa çatıb.

Qarşılaşmanın videoicmalını təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu