“Qalatasaray” - “Dinamo” matçında “qol yağışı” - VİDEO

22 Yanvar 01:30 Avropa Liqası 750
“Qalatasaray” - “Dinamo” matçında “qol yağışı” - VİDEO

Avropa Liqasının Liqa mərhələsinin 7-ci turuna start verilib.

Sportinfo.az xəbər verir ki, turun ilk günündə bir oyun keçirilib.

Türkiyə çempionu “Qalatasaray” doğma meydanda Kiyev “Dinamo”su (Ukrayna) ilə qarşılaşıb. Turun açılış oyununda 3:3 hesablı məhsuldar heç-heçə qeydə alınıb.

“Əli Sami Yen Spor Kompleksi”ndə keçirilən matçda meydan sahiblərinin heyətində Davinson Sançes (6), Abdülkerim Bardakçı (21) və Viktor Osimhen (53) fərqlənib.

Qonaq komandanın heyətində isə Vladislav Vanat (45) və Andrey Yarmolenko (68, 81) adını tabloya yazdırıb.

“Qalatasaray” 13-cü xalını qazanaraq turnir cədvəlində 5-ci sırada yer alıb. “Dinamo” isə ilk xalını əldə edərək sonuncu – 36-cı pillədə qərarlaşıb.

"Qalatasaray" - "Dinamo" 3:3
Qollar:
Davinson Sançes, 6, Abdulkerim Bardakcı, 21, Viktor Osimhen, 53 (pen) - Vladislav Vanat, 44, Andriy Yarmolenko, 68, 81

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda