"Bayer”in "Qarabağ" üçün iştirak ərizəsində kimlər var?

1 Mart 19:20 Avropa Liqası 572
"Bayer”in "Qarabağ" üçün iştirak ərizəsində kimlər var?

"Bayer 04" Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la keçirəcəyi matç üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Xabi Alonso iştirak ərizəsinə 31 futbolçunun adını daxil edib.

"Qarabağ" "Bayer 04" ilə martın 7-də Bakıda, 14-də isə Leverkuzendə qarşılaşacaq.

Onlardan 23-ü A, 8-i B siyahısında yer alıblar.

Qapıçılar: Lukas Hradeçki, Matey Kovar, Niklas Lomb, Yesper Şliş, Luka Novodomski;

Müdafiəçilər: Yosip Stanişiç, Pierrot İnkapiyer, Conatan Tah, Odilon Kossunou, Edmond Tapsoba, Artur, Alexandro Qrimaldo, Ceremi Frimponq, Daniel Lanq;

Yarımmüdafiəçilər: Yonas Hofmann, Roberd Andrix, Florian Virtz, Ezekiel Palasias, Qustavo Puerto, Qranit Caka, Frankis Onyeka, Enes Yılmaz, Ayman Aurir;

Hücumçular: Borxa İqlesias, Patrik Şik, Natan Tella, Amin Adli, Viktor Bonifeys, Adam Hlozek, Ken İzekor, Noa Peş.

Digər Xəbərlər
Xəbər Lenti