"Qarabağ" Avroliqanın pley-off mərhələsində - - YENİLƏNİB

17 Avqust 2023 21:55 Avropa Liqası 1 070
"Qarabağ" Avroliqanın pley-off mərhələsində - - YENİLƏNİB

"Qarabağ" Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Finlandiyada HİK-in qonağı olub.

"Bolt Arena"da baş tutan qarşılaşma "köhlən atlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın qollarını 45+3-cü dəqiqədə penaltidən Toral Bayramov, 55-ci dəqiqədə isə Yassin Benzia vurub.

Meydan sahiblərinin heyətində Santeri Hostikka 11-ci dəqiqədə fərqlənib. Kevin Kuassivi-Benissan isə 17-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq Helsinki klubunu azlıqda qoyub.

İlk matçda da rəqibini eyni hesabla üstələyən "Qarabağ" UEFA Avropa Liqasının pley-offuna yüksəlib. Ağdamlılar bu raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.

20:00. HİK - "Qarabağ" 1:2

Qol: Santeri Hostikka, 10, Toral Bayramov, 45+3 (pen), Benzia, 55

Baş hakim. Villi Delajod (Fransa)

Helsinki. "Bolt Arena"

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

HİK: 85. Niki Myanpa, 2. Tuomas Ollila, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 7. Santeri Hostikka,

Ehtiyat oyunçular: 1. Yesse Öst, 78. Aleks Ramula, 3. Nikolas Hyömyölöynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 8. Filip Rogiç, 11. Roope Riski, 14. Matti Peltola, 17. Hassane Bande 29. Entoni Olusanya, 56. Perparim Hetemay, 37. Atomu Tanaka,

Baş məşqçi: Toni Korkeakunnas

Digər Xəbərlər
Xəbər Lenti