Bu gün Avropa Liqasında yeni mövsümə start verilir

4 Avqust 2022 12:00 Avropa Liqası 667
Bu gün Avropa Liqasında yeni mövsümə start verilir

Bu gün Avropa Liqasında 2022/2023 mövsümünə start veriləcək.

Sportinfo.az xəbər verir ki, turnir III təsnifat mərhələsininin ilk oyunları ilə başlayacaq. Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş baş tutacaq.

Gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə baş tutacaq. "Fənərbağça" evdə Çexiyanın "Slovaçko" komandasını sınağa çəkəcək. Oyu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

"Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubunun Avropa Liqasındakı potensial rəqibləri olan "Şemrok Rovers" və "Şkupi" Dublində üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

4 avqust

20:00. AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya)

21:00. "Malmö" (İsveç) - "Düdelanj" (Lüksemburq)

21:00. "Fənərbağça" (Türkiyə) - "Slovaçko" (Çexiya)

22:15. "Maribor" (Sloveniya) - HİK (Helsinki, Finlandiya)

22:45. "Linfild" (Şimali İrlandiya) - "Sürix" (İsveçrə)

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya)

23:00. "Olimpiakos" (Yunanıstan) - "Slovan" (Bratislava, Slovakiya)

Bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti