"Klub nələr baş verdiyini araşdırmalıdır, bizim üçün xoş olmayan vəziyyətdir"

16 Aprel 2022 00:10 Avropa Liqası 2 141
"Klub nələr baş verdiyini araşdırmalıdır, bizim üçün xoş olmayan vəziyyətdir"

"Barselona" Avropa Liqasının 1/4 final mərhələsində "Ayntraxt"a məğlub olaraq (2:3) turnirdə mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, matçdan sonra Kataloniya təmsilçisinin baş məşqçisi Xavi açıqlama verib.

42 yaşlı mütəxəssis ən yaxşı oyunlarını göstərə bilmədiklərini deyib:

"Stadionda olan atmosfer bizə kömək etmədi. Sanki final oyunu idi və tribunalar yarıya bölünmüşdü.

Klub nələr baş verdiyini araşdırmalıdır. Bizim üçün xoş olmayan vəziyyətdir.

Ən yaxşı oyunumuzu oynamadıq, ard-arda zərbələr aldıq. Çox böyük məyusluq yaşayırıq. Çünki, bu turnirdə ümidli idik.

"Ayntraxt"ı təbrik edirəm, qələbəyə layiq idilər. Topa nəzarət bizdə olmasına rəğmən, məhsuldar deyildik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti