Azərbaycan millisinin baş məşqçisi “Napoli”nin dərdini çəkir

18 Sentyabr 2021 12:40 Avropa Liqası 1 789
Azərbaycan millisinin baş məşqçisi “Napoli”nin dərdini çəkir

“Avropa Liqası da digərləri kimi turnirdir”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi “Napoli”nin Avropa Liqasındakı çıxışına münasibət bildirərkən deyib.

“Napoli” qrupda ilk oyununda dünən “Lester”lə (2:2) heç-heçə edib. Ölkəsinin mətbuatına açıqlama verən italiyalı mütəxəssis Neapol təmsilçisini qitənin ikinci dərəcəli klub turnirinə barmaqarası baxmamağa çağırıb:

“Komanda burada da daha çox irəliləmək arzusu ilə oynanılmalıdır. Tez -tez və məmnuniyyətlə ağzımızı yuyuruq ki, çempionluq daha vacibdir.

Bundansa mübarizə aparmaq lazımdır. Bu gün heyət problemi hər kəsi narahat edir.

Ancaq Avropa Liqasına hörmətlə yanaşmaq lazımdır. “Napoli” Avropa Liqasında bacarığını ortaya qoyub, mükafatı ələ keçirməyə çalışmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti