AVROLİQA: "Seltik" evdə AZ-a çox qol vurmadı - VİDEO

19 Avqust 2021 00:50 Avropa Liqası 868
AVROLİQA: "Seltik" evdə AZ-a çox qol vurmadı - VİDEO

Avropa Liqasında pley-off mərhələsinin daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün yeganə görüşündə "Seltik" Şotlandiyada Niderlandın AZ klubu ilə qarşılaşıb.

"Seltik Park" stadionundakı matç Qlazqo təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qol birinci hissədə vurulub. 12-ci dəqiqədə Kyoqo Furuhaşi meydan sahiblərini önə çıxarıb. Oyunda son nöqtəni isə 61-ci dəqiqədə Ceyms Forrest qoyub.

Pley-off mərhələsi, ilk oyun

"Seltik" (Şotlandiya) - AZ (Niderland) - 2:0

Qollar: Kyoqo Furuhaşi, 12, Ceyms Forrest, 61

İlk oyun günündə Serbiyanın "Srvena Zvezda" komandası evdə Rumıniya ÇFR-ni darmadağın edib - 4:0. Pley-off mərhələsinin digər 8 görüşü bu gün baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti