Komandamız Avropa çempionatını beşinci pillədə başa vurdu

20 Fevral 04:20 Atıcılıq 745
Komandamız Avropa çempionatını beşinci pillədə başa vurdu

Bolqarıstanın Plovdiv şəhərində keçirilən qapalı məkanda kamandan oxatma üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Fatimə Hüseynli beşinci yeri tutub.

Sportinfo.az Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, gənclər (U-21) kateqoriyasında mübarizə aparan idmançı klassik növdə təsnifat mərhələsini 567 xalla 12-ci sırada tamamlayaraq pley-offa yüksəlib.

Avropa çempionatının 1/4 finalında mübarizəni dayandıran F.Hüseynli yekunda beşinci pilləni tutub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM