Azərbaycan komandası Avropa çempionatında növbəti mərhələyə yüksəldi

04:40 Atıcılıq 65
Azərbaycan komandası Avropa çempionatında növbəti mərhələyə yüksəldi

Bolqarıstanın Plovdiv şəhərində qapalı məkanda keçirilən kamandan oxatma üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvləri təsnifat mərhələsini uğurla başa vurublar.

Sportinfo.az Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, Məhəmmədəli Əliyev təsnifat mərhələsində 577 xal toplayaraq 20-ci yerdə qərarlaşıb və adını 1/16 finala yazdırıb.

Gənclər (U-21) kateqoriyasında çıxış edən Fatimə Hüseynli 567 xalla 12-ci olub.

Nilufər Ağaməmmədli isə 536 xal toplayaraq turniri 31-ci sırada başa vurub və beynəlxalq reytinqdəki mövqeyini qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı