Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

11 Fevral 04:50 Atıcılıq 312
Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

Fevralın 16-21-i aralığında Bolqarıstanın Plovdiv şəhərində qapalı məkanda keçiriləcək Avropa çempionatında iştirak edəcək kamandan oxatma üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyasından məlumat verilib.

​Turnirdə ölkəni Yaylagül Ramazanova, Fatimə Hüseynli, Məhəmmədəli Əliyev, Lalə Əbdürəhmanova, Nilufər Ağaməmmədli, Lalə İsmayılova, Yağmur Qurbanlı, Sərdar Vəliyev, Nurlan Rəhimli və Hüseyn Məhərrəmov təmsil edəcəklər.

İdmançılar fərdi, komanda və qarışıq növlərdə mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti