“Bu, mənim üçün bir az çətin oldu - Əminəm ki, belə etsək...”

15 Sentyabr 2024 02:50 Atçılıq 841
“Bu, mənim üçün bir az çətin oldu - Əminəm ki, belə etsək...”

"İkinci sərbəst yürüş mənim üçün bir az çətin oldu".

Sportinfo.az xəbər verir ki, bunu "Red Bull" pilotu Maks Ferstappen "Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk günün nəticələrini şərh edərkən deyib.

Təcrübəli sürücü bu həftəsonu rəqabət apara biləcəklərini söyləyib:

"Düşünürəm ki, ümumiyyətlə, yaxşı gün keçirdik. Tras sürüşkəndir. Çoxlu kəskin döngələr var.

Bəzən səddə dəyməmək üçün ehtiyat tədbiri olaraq əyləcdən istifadə etmək lazımdır. Balansı bir az da yaxşılaşdırmalıyıq. Əminəm ki, belə etsək, rəqabət apara biləcəyik".

Digər Xəbərlər
Xəbər Lenti